Bu gün Suraxanı rayon MKS-in Mərkəzi Kitabxanası və M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar "Qan yaddaşımız" adlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, ilk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azadlıq harayını boğmağa yönəlmiş bu insan qırğını öz canını vətən yolunda qurban verənləri cənnətə, Azərbaycanı isə müstəqilliyə qovuşdurub.
Sonra 79,97 saylı tam orta məktəb şagirdlərinin ifasında Qanlı faciəyə həsr olunmuş şeir və kompozisiyalar təqdim edilib.
Həmçinin, 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin 20 Yanvara həsr etdiyi rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Tədbirin sonunda iştirakçılar "Qəmli gözlər qan ağlar" başlığı altında təşkil edilmiş kitab sərgisi ilə də tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB