"20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 2 yanvar 2015-ci il tarixli Sərəncamının, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci ilin birinci yarımili üçün İş Planının icrası məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında, həmçinin mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş etdirilir, sərgilər, dəyirmi masalar keçirilir. SİA-nın verdiyi məlumata görə, bu məqsədlə Muzey Mərkəzinin Sərgi qalereyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan, Azərbaycan rəssamlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərindən ibarət sərgi təşkil edilib.
Sərginin açılış mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxış edərək bu günlərdə ölkəmizdə və eləcə də dünyanın bir çox yerlərində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əllərindən gələni edir, nümayişlər keçirirlər.
Daha sonra sərginin açılış mərasimi baş tutub. 20 Yanvar faciəsinə həsr edilən sərgidə ümumilikdə 29 əsər nümayiş edilib.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB