“Şah Qacar” tamaşası 30-cu dəfə oynanıb

“Şah Qacar” tamaşası 30-cu dəfə oynanıb

Akademik Milli Dram Teatrının ən yaxşı tamaşalarından biri yazıçı-dramaturq Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" pyesi əsasında hazırlanan "Şah Qacar" tamaşası nümayiş olunub. Bu haqda SİA-ya yazıçı-dramaturq Əli Əmirli məlumat verib: "Xalq artisti Azər Paşa Nemətovun (o həm də tamaşanın rəssamıdır) quruluş verdiyi "Şah Qacar" 30-cu dəfə oynanıb. Anşlaqla keçən tamaşanın bəstəkarı xalq artisti Siyavuş Kərimi, Ağa Məhəmməd şah Qacar rolunun ifaçısı xalq artisti Fuad Poladovdur".

Qeyd edək ki, teatrsevərlər müəllifləri və tamaşada iştirak edən aktyor heyətini, xüsusilə də Fuad Poladovu hərarətli alqışlarla qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə