Nahid Bağırov: "Azərbaycan turistləri qarşılamağa tam hazırdır" AÇIQLAMA
"Hazırda paytaxtımız Bakı -2015 Avropa oyunlarında turistləri qarşılamağa tam hazırdır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov söyləyib. Bildirib ki, Avroviziya Mahnı Müsabiqəsində necə mükəmməl qaydada turistləri qarşılamışdıqsa, Avropa oyunlarını da o cür qəbul edəcəyik: "Biz mütəmadi olaraq hər il eyni qaydada məqsədyönlü şəkildə müəyyən təlimlər, turlar, treninqlər keçiririk. Ölkəmizdəki mehmanxanalar da Avropanı qarşılamağa hazırdır. Azərbaycana gələn turistlər üçün müəyyən ekskursiyalar, turlar keçirməyi düşünürük. Çalışacağıq ki, ekskursiyaların sayını daha da artıraq ki, hər kəs bundan istifadə edə bilsin. Bələdçilik sahəsi ilə bağlı Turizm İnstitutunda müəyyən kurslar keçirilir. Artıq onlar fəaliyyət göstərmək üçün lisenziyalar alırlar. Eyni qaydada Azərbaycan Turizm Assosiasiyasının tərkibində Ekskursiya və Metodik Bürosu yaradılıb. Belə ki, lisenziya alan, fəaliyyəti dövlət tərəfindən icazəsi olan ekskursiya və metodik bürolar bizim klub vasitəsilə təkmilləşdirmə kursları keçəcəklər. Onu da deyim ki, həqiqətən Ekskursiya və Metodik Bürolarının sayı azdır. Biz də öz növbəmizdə çalışırıq ki, metodik büroların sayını artıraq".
Nahid Bağırov həmçinin ölkəmizdəki iki-üçulduzlu otellərdə qalmaq istəyən turistlərin sayının çox olacağını diqqətə çatdırıb: "Bildiyiniz kimi, Bakı şəhərində dördulduzlu otellər tikilir. Artıq bir neçə günə bəziləri təhvil veriləcək. Otellərimiz Bakı-2015 Avropa Oyunlarına qədər tam hazır şəkildə turistlərin ixtiyarına veriləcək. Qəbul edək ki, ölkəmizdə 2-3 ulduzlu otellərin sayı azdır. Paytaxtımızdakı dördulduzlu otellərin qiymətini üçulduzlu otellərin qiyməti səviyyəsinə salacağıq ki, turistlər rahat qala bilsin. Bir sözlə turistlərin ölkəmizdən tam razı şəkildə getmələri üçün mütəmadi işlər görülür. Xüsusilə diqqətinizə çatdırım ki, nazirlik tərəfindən otellərə tövsiyə xarakterli məktublar göndəriləcək ki, otel sahibləri Bakı-2015 Avropa oyunundan istifadə edib qiymətləri qaldırmasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB