A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş "Qara yanvar" adlı dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, ilk öncə tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada şəhid Əliyev Namiq Kamil oğlunun anası Şərqiyyə xanım, bacısı Kəmalə xanım "Azad qələm" qəzetinin, "Ali Ziya" jurnalının baş redaktoru şair- publisist Nəcibə İlkin, Mədəniyyət Mərkəzinin nəzdindəki "İlkin tibbi yardım" kursunun şagirdləri iştirak ediblər.
Tədbir zamanı şəhid Namiq Əliyevin ailə üzvləri onun haqqında xatirələrini danışıblar, şairə Nəcibə İlkin şəhidlərə həsr olunmuş şeirlərini səsləndirib, mərkəzin metodisti Raisə Sadıqova və mədəni-təşkilatçı Səidə Orucova şəhidlərə həsr olunmuş şeirlərlə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB