N.Hikmət adına uşaq kitabxanasında 1990 -ci il 20 yanvar şəhidlərinin anım gününə həsr olunmuş "Şərəf və qürur günümüz" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, ilk olaraq tədbirdə vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru Ç.Əliyeva tədbiri açıq elan edərək, qanlı hadisələr barədə qonaqlara məlumat verib, sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamın heç vaxt unudulmayacağını qeyd edib.
Tədbirdə 203 saylı məktəbin müəllim və şagird kollektivi də iştirak edib. Məktəbin şagirdləri şəhidlərimizin xatirəsinə həsr olunmuş müxtəlif sərbəst mövzularda yazdıqları mətnləri oxuyub və şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.
Qeyd edək ki, tədbirdən sonra kitabxananın kollektivi şagirdlərlə birlikdə vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini yad etmək üçün "Şəhidlər Xiyabanı"nı ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB