Yanvarın 20-də Londonda "Buta" Azərbaycan Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində 20 Yanvar faciəsi qurbanlarının xatirə gecəsi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, gecədə milli siyasət sahəsində aparıcı mütəxəssislər, tarixçilər, jurnalistlər, Avrasiya problemlərinə dair ekspertlər arasında diskussiya təşkil ediləcək. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, məşhur rusiyalı kinorejissor Andrey Konçalovski, "Buta" festivalının direktoru, biznesmen Nəsib Piriyev, aktrisa və teleaparıcı Süzanna Saymons iştirak edəcəklər.
Qeyd edək ki, xatirə gecəsində A.Konçalovskinin çəkdiyi "Qara Yanvar" sənədli filmi nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB