İslandiyanın RUV teleradioyayım şirkəti "Eurovision-2015" yarışması üçün ölkə üzrə milli seçim müsabiqəsinin tarixlərini açıqlayıb. SİA-nın verdiyi məlumata görə, İslandiyanın milli seçimi üç şoudan ibarət olacaq. Birinci və ikinci yarışma müvafiq olaraq yanvarın 31-də və fevralın 7-də, final isə fevralın 14-də olacaq.
Milli seçimdə İslandiyanı təmsil etmək iddiasında olan 12 ifaçı iştirak edəcək.
Avstriyanın paytaxtı Vyanada keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə 23-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB