"20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 2 yanvar 2015-ci il tarixli Sərəncamının, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci ilin birinci yarımili üçün İş Planının icrası məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında, həmçinin mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar göstərilir, bədii və sənədli filmlər nümayiş etdirilir, sərgilər, dəyirmi masalar keçirilir. SİA-nın verdiyi məlumata görə, bu məqsədlə cari ilin 19 yanvar tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan, Azərbaycan rəssamlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərindən ibarət sərgi təşkil ediləcək.
Qeyd edək ki, sərginin açılışı 19 yanvar, saat 15:00-da Muzey Mərkəzinin Sərgi qalereyasında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB