Milli mədəniyyətin təbliği, dünya ədəbiyyatından nümunələrin oxuculara çatdırılması, uşaq, musiqi və incəsənət məktəblərinin tələbatının ödənilməsi məqsədilə ümumilikdə 70 addan çox zəruri nəşr Nazirliyin dəstəyi ilə işıq üzü görüb, ölkə kitabxanalarına paylanılıb, beynəlxalq kitab sərgilərində nümayiş etdirilib. SİA-nın verdiyi məlumata görə, nazirliyin tabeliyində olan dövlət kitabxana fondunu zənginləşdirmək, nəşriyyatların və müəlliflərin fəaliyyətini stimullaşdırmaq məqsədilə növbəti dəfə daxil olmuş müraciətlərə və müvafiq komissiyanın seçiminə əsasən 309 adda 6735 nüsxə nəşr məhsulunun alışı həyata keçirilib.
Qeyd olunanlarla yanaşı xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 2007-ci il 20 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin dəstəyi ilə "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılması işi uğurla davam etdirilir. "Azərbaycan ədəbiyyatının virtual kitabxanası" www.azlibnet.azveb-saytında yerləşdirilib. "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nda "Siyasi ədəbiyyat", "Elmi-populyar ədəbiyyat", "Tarix", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Mədəniyyət və turizmə aid ədəbiyyat", "Bədii ədəbiyyat" və s. bölmələri üzrə 1000-dən çox kitab yerləşdirilib.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə 34 923 nəfər oxucu üzv olub və ümumilikdə oxucuların sayı 75 526 nəfərə çatıb. İl ərzində davamiyyət 177 511 nəfər, kitab verilişi isə 874 947 nüsxə olub. Virtual oxucuların (sayt və elektron kitabxanadan istifadə edənlər) sayı 647 405 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB