Çingiz Abdullayedən romanı haqda yayılan xəbərə SƏRT REAKSİYA

Çingiz Abdullayedən romanı haqda yayılan xəbərə SƏRT REAKSİYA

Xalq yazıçısı Çingiz Abdullayevin dünyadakı terror hadisələri, "İŞİD", "Əl-Qaidə" kimi təşkilatlar barədə roman yazmağa hazırlaşdığı haqqında xəbər yayılıb. Çingiz Abdullayev SİA-ya açıqlamasında sözügedən məlumatın yanlış olduğunu söyləyib. Bildirib ki, yalnız terrorla əlaqəli roman yazır: "Mən yalnız terrorla bağlı kitab yazıram. Həmin kitab 2 aya oxucuların ixtiyarına veriləcək. Publisistika və kitab arasında fərq var. Kitabları yazırsan ki, heç olmasa oxucular 10 il oxusun. Əgər publisistika yazırsansa deməli yazıçı həmin əsəri oxucunun oxuyub sabaha yaddan çıxarması üçün yazır. Onu da deyim ki, mən roman yazıram. Kitabları yazmaqla biz oxucuları yaxşı insan olmağa çağırırıq. Bir sözlə mən publisistik kitablar yazmıram. Heç yazmaq fikrim də yoxdur. Romanları da yazanda bugünkü dövrdə baş verən hadisələri qələmə almıram. Düşünürəm ki, maraqlı olsun və cəmiyyətə müəyyən xeyri toxunsun. Kitab insanları Allah yoluna çağırmalı, iblisdən qaçırmalıdır. Bəzən media işçiləri xəbərləri daha çox oxunsun deyə yalan məlumatlar da yerləşdirilir. Təəssüflər olsun ki, bəzi jurnalistlər Azərbaycanın faciəsidir. Hesab edirəm ki, bu cür hərəkətlərə yol vermək olmaz. Fransada baş verən terror hadisəsindən sonra bəzi jurnalistlər sensasiya yaratmaq üçün bir növ "Qaşınmayan yerdən qan çıxarmaq istəyirlər". Ancaq təkrar edirəm ki, yaxın vaxtlarda terrorizmlə bağlı kitabım çapdan çıxacaq. Əsərlərim həmişə əvvəlcə Rusiyada, daha sonra başqa ölkələrdə çap olunurdu. Bu dəfə qərara almışıq ki, romanı iki dildə nəşr edək. Yeni kitabım Rusiyada və Azərbaycanda eyni vaxtda çapdan çıxacaq. Hələ ki, kitabın adını müəyyənləşdirməmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə