Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş "Həyatın və ölümün dərsləri" adlı tədbir- sərginin açılışı olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə 20 Yanvar faciəsinin şəhidlərinin ailə üzvləri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının tələbələri və digər qonaqlar iştirak ediblər.
Sərgidə muzeyin fonduna daxil olunmuş yeni eksponatlar - 20 Yanvar faciəsinin şəhidlərinin şəxsi əşyaları, nümayiş olunub.
Tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxış edərək 20 Yanvar faciəsində şəhid olanların Azərbaycanın müstəqilliyində əvəzsiz şücaəti olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Yaqubova Mahirənin rejissorluğu ilə hazırlanan həmin universitetin tələbələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunan kompozisiya nümayiş olunub, əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeir və muğam səslənib.
Tədbirdə rejissor Ziya Şıxlinskinin "Bakı-90" adlı sənədli filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB