Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyənin nüfuzlu turizm təşkilatı olan TÜRSAB-ın birgə təşkilatçılığı ilə cari ilin 22 yanvar tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan və Türkiyə turizm şirkətlərinin və mehmanxanalarının 100 nəfərə yaxın nümayəndələrinin iştirakı nəzərdə tutulan təqdimat və ikitərəfli biznes görüşlər keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Türkiyənin turizm şirkətləri, mehmanxanalar və muzeyləri özündə birləşdirən TURSAB turizm təşkilatının 9000-dən artıq üzvü var və artıq uzun müddətdir həm Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həm də Azərbaycan Turizm Assosiasiyası ilə adıçəkilən təşkilat arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB