Minsk şəhərində MDB İcraiyyə Komitəsində MDB iştirakçı dövlətlərinin Hökumət Başçıları Şurasının ekspert qrupunun iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan iclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Tamerlan Axundov tərəfindən təmsil olunub.
Görüş çərçivəsində bir neçə mühüm mövzu ətrafında müzakirələr aparılıb. İlk növbədə 2016-2020-ci illər üçün MDB iştirakçı dövlətlərin mədəniyyət sahəsində əməkdaşlıq üzrə əsas Tədbirlər Planının layihəsinə baxılıb. Həmçinin sözügedən əməkdaşlıq üzrə əsas tədbirlərin layihəsinə dair irad və təkliflər təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB