Ramil Qasımov Böyük Britaniyada konsert verəcək

Ramil Qasımov Böyük Britaniyada konsert verəcək

Gənc və istedadlı vokalçı Ramil Qasımov Böyük Britaniyanın paytaxtı Londonda "Səni tərənnüm edirəm, müasir Azərbaycanım" adlı geniş konsert proqramı ilə çıxış edəcək. Bu haqda SİA-ya Ramil Qasımovun özü məlumat verib.

sənətçi bildirib ki, London Simfonik Orkestri ilə birgə çıxış edəcəyi konsertin proqramına görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Səid Rüstəmovla yanaşı, dünya bəstəkarlarının da əsərləri daxil edilib.

Qeyd edək ki, konsertin yaxın aylarda reallaşdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə