Özbəkistan mətbuatında Nəsibə Zeynalova haqqında məqalə verilib
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın "uchildiz.uz" portalında "Жаҳон кино хазинасидан: Qaynona (Свекровь)" adlı məqalə verilib. SİA-nın verdiyi məlumata görə, məqalədə Azərbaycan kinematoqrafçıları tərəfindən çəkilən Özbəkistanda da məşhur olan "Qaynana" filmində baş rol alan Nəsibə Zeynalovanın həyat və yaradıcılığı haqqında məlumat verilir, Cənnət rolunun aktrisanın vizit kartı olduğu qeyd olunur. Müəllif yazır ki, Nəsibə Zeynalova 22 filmdə, 70 teatr tamaşasında müxtəlif rollarda oynamış və maraqlı obrazlar yaratmışdır. Aktrisanın yaratdığı rollar - Cənnət xala, Suğra, Fatmanisə və başqaları bugün də Azərbaycanda və digər ölkələrdə sevilir, maraqla baxılır. Daha sonra "Qaynana" filmi haqqında ətraflı məlumat verilir.
Filmin Özbək dilinə dublyaj edildiyini və Özbəkistanda olduqca məşhur olduğunu vurğulayan müəllif Özbək telekanallarında filmin tez-tez nümayiş etdirildiyini yazır.
Qeyd edək ki, sonda qeyd edilir ki, Özbəkistanın tanınmış müğənnisi Şahzoda "Qaynana" filmindən fraqmentlərdən istifadə edərək yeni klip çəkdirib və ictimaiyyətə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB