Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın "silkway.uz" saytında "Нахчыванские Кяризы - богатые культурные традиции Азербайджана" adlı məqalə verilib. SİA-nın verdiyi məlumata görə, məqalədə qeyd olunur ki, Azərbaycanın bir çox bölgələrində su təchizatı, sudan istifadədə texnologiyası əsrlər boyu mövcud olmuş və bu arxeoloji məlumatlara əsasən antik dövrə təsadüf edir. Məqalə müəllifi bildirir ki, arxeoloq alim Qumelyanın rəhbərliyi ilə 1938-ci ildə Gəncə şəhəri ətrafı vadidə, Şəmkirdə aparılan arxeoloji qazıntılar zamanı yaşı hələ eramızdan əvvəl I əsrə aid edilən dağılmış kəhrizin qalıqları aşkar edilib. O, Azərbaycanın bəzi yerlərində, xüsusilə Naxçıvan və Ordubadda kəhrizlərin geniş yayıldığını və bu işlə həm yerli sakinlərin, həm də Azərbaycanın cənubundan gəlmə mütəxəssislərin məşğul olduğunu qeyd edir. Məqalədə bir neçə maraqlı fakt və tarixi mənbələrdən sitat gətirilib.
XIX əsrdə Ordubada səfər tarixçi İ.Şopen çoxsaylı bulaqlar, çeşmə suyunun demək olar ki, hər evə verildiyini və bütün bağları 70-ə yaxın bulağın fəaliyyət göstərdiyi bildirilir. Qeyd olunur ki, 1938-ci ildə ölkədə 885-dən çox kəhriz istifadə olunmuş və onların sayı təbii proseslərlə əlaqədar azalmışdır. Məqalədə qeyd olunur ki, 2004-cü ildə Naxçıvanda Kəhrizlər İdarəsi yaradılıb və bu müddət ərzində 34-dən çox kəhriz bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB