I Avropa Oyunlarına hazırlıqla bağlı yığıncaq keçirilib

I Avropa Oyunlarına hazırlıqla bağlı yığıncaq keçirilib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin əməkdaşlarının və Bakı şəhərinin aparıcı uşaq musiqi və incəsənət məktəblərinin direktorlarının iştirakı ilə I Avropa Oyunlarına hazırlıqla bağlı yığıncaq keçirilib. SİA-nın verdiyi məlumata görə, 12-28 iyun 2015-ci il tarixində Bakı şəhərində keçiriləcək I Avropa Oyunları zamanı Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin qarşısında duran vəzifələr müzakirə edilib və oyunlar zamanı yarış iştirakçıları və qonaqlara mədəni xidmətlərin göstərilməsi, onlara milli mədəniyyət nümunələrimizi yaxından tanıdılması məqsədilə məktəb direktorlarına müvafiq konsert proqramlarının və təkliflərin hazırlanaraq Nazirliyə təqdim edilməsi tapşırılıb.

I Avropa Oyunları zamanı Bakının müxtəlif meydan və parklarında, mədəniyyət və idman qurğularının qarşısında Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin rəqs nömrələrinin nümayiş etdirilməsi, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin birləşmiş xorunun, xalq çalğı alətləri orkestrinin, simli musiqi alətləri ansamblının, caz qrupunun çıxışları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə