Baba Vəziroğlu: "Yalnız əqidəsi zəif insanlar belə addım atar" MÜNASİBƏT

Baba Vəziroğlu: "Yalnız əqidəsi zəif insanlar belə addım atar" MÜNASİBƏT

"Heç cür təsəvvür edə bilmirəm ki, azərbaycanlı sənətçilər çıxıb erməni dilində mahnı oxusunlar". Bunu SİA-ya açıqlamasında Əməkdar İncəsənət xadimi, şair Baba Vəziroğlu söyləyib.

Bildirib ki, bəzi əqidəsi zəif insanlar pula görə hər cür addım atırlar: "Düşünürəm ki, erməni auditoriyasında hər mahnıya görə müəyyən qədər pul ödəyəcəyi təqdirdə bəzi mənəviyyatı zəif insan belə hərəkət edər. Əgər özbaşına, ailə daxilində müəyyən qədər dodaqaltı erməni dilində mahnı oxuyarlarsa bu müəyyən qədər məntiqə uyğun ola bilər. Əslində onlara da bəraət qazandırmaq olmaz. Hesab edirəm ki, belə şəxslərdə də bəzi psixi problemlər ola bilər. Bir sözlə pul naminə bütün yollara gedən insanlar erməni mahnısını da oxuya bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə