“Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər”

“Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun elmi şurasının qərarı ilə rüblük nəşr olunan "Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər" elmi-ədəbi jurnalının 44-cü nömrəsi işıq üzü görüb. SİA-nın verdiyi məlumata görə, "Folklorşünaslıq məsələləri" bölümündə Y.M.Lotmanın "Alternativ variant: yazısız mədəniyyət, yoxsa mədəniyyətdən əvvəlki mədəniyyət?", Muxtar İmanovun "Nağıllar barədə bir neçə söz", Füzuli Bayatın "Məhərrəmlik ritualları və şəbih elementləri", Yaqub Babayevin "XIII-XIV əsrlər Azərbaycan epik poeziyasında nağıl motivləri" və digər folklorşünas alimlərin yazıları yer alıb.

Eləcə də toplunun bu sayında "Peşəkar söyləyici ifaçılığı" bölümündə "Neftçala-Salyan folklorundan örnəklər", "Ümumtürk folklorundan örnəklər" bölümündə isə "Özbək xalq şeirindən seçmələr" və digər yazılar yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə