Mayın 30-da Yaşıl Teatrda Rusiyanın "Bi-2" rok qrupunun konserti olacaq. SİA-nın verdiyi məlumata görə, qrup 1988-ci ildə Belarusda yaradılıb. 1999-cu ildə Rusiyaya köçəndən sonra daha da fəallaşıb. "Bi-2" 2000-ci illərdə Rusiyanın ən uğurlu qruplarından biri sayılır.
Qrupun "16plyus" adlı doqquzuncu studiya albomu 2014-cü il sentyabrın 16-da işıq üzü görüb. Qrup Bakıda elə bu albomundakı kompozisiyalarını təqdim edəcək. Qrupun üzvləri: Lyova Bi-2 – vokal, Çura Bi-2 – vokal, gitara, Andrey Zvonkov- gitara, Maks Lakmus – bas-gitara, Boris Lifşits – zərb, Yanik Nikolenko – klavişli alətlər.
Qeyd edək ki, biletlərin qiyməti 19-200 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB