"Rast. Niyazi” sənədli filmi göstəriləcək

"Rast. Niyazi” sənədli filmi göstəriləcək

Yanvarın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində "Rast. Niyazi" sənədli filminin yaradıcı heyəti ilə görüş keçiriləcək. Muzeydən SİA-ya verilən məlumata görə, filmin yaradıcı heyəti çəkiliş prosesindən və yaradıcılıq planlarından söhbət açacaq. Tədbirdə filmin çəkilişi zamanı Türkiyə və Rusiyadan əldə olunan materiallar əsasında slayd-şou nümayiş olunacaq.

Daha sonra Niyazinin əsərlərindən ibarət musiqi parçaları ifa ediləcək.

Qeyd edək ki, sonda "Rast. Niyazi" sənədli filmi göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə