Xəbər verdiyimiz kimi tanınmış telejurnalist, Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızını keçmiş həyat yoldaşı Azər Xəlilov məhkəməyə verib. Belə ki, Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb. Sevinc Osmanqızı hazırda ABŞ-da yaşayır. S.Osmanqızı Azərbaycana gəlib məhkəmədə iştirak etməzsə nə baş verə bilər?
Bu haqda SİA-ya hüquqşünas Cavid Cəfərov məlumat verib. Bildirib ki, bir neçə gün öncə Bakının Nərimanov rayon Məhkəməsində xüsusi ittiham qaydasında qaldırılan cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib: "Sevinc Osmanqızı barəsində cinayət işi başlanıb. O, Azərbaycana gələnə qədər icraat dayandırılacaq və ona axtarış veriləcək. Əgər məhkəmə onun Amerikada olduğu söyləyərsə S.Osmanqızının axtarışı məhkəmədə elan ediləcək. Hakim üzdə olan sənədlərlə kifayət hesab etsə ki, xüsusi ittihamçının hüquqları əsas verir ki, onun barəsində qərar qəbul edilsin, o halda məhkəmə qiyabi qərar qəbul edə bilər. Ancaq təcrübədə çox hallarda onun özü gəlib məhkəmə prosesində iştirak edənə qədər icraat dayandırılacaq. Əgər gəlməzsə S.Osmanqızı axtarışda olacaq. Nə zaman gələcəksə icraat təzələnəcək və hüquqların araşdırılmasında iştirak edəcək. əgər təqsiri təsdiqlənərsə Cinayət Məcəlləsinin 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma - yüz manatdan beş yüz (100-500) manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx (240) saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - üç yüz manatdan min (300-1000) manatadək miqdarda cərimə və ya iki yüz qırx (240) saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı (16) ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onu da deyim ki, bəlkə də orada təhqir-böhran xarakterli cinayət tərkibi yoxdur. O zaman işə xitam veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB