“Həyatın və ölümün dərsləri”

“Həyatın və ölümün dərsləri”

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, yanvarın 16-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş "Həyatın və ölümün dərsləri" adlı tədbir-sərgi keçiriləcək. Muzeydən SİA-ya verilən məlumata görə, sərgidə muzeyin fonduna daxil olunmuş yeni eksponatlar - 20 Yanvar faciəsinin şəhidlərinin şəxsi əşyaları nümayiş olunacaq.

Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri bu ali məktəbin dosenti, əməkdar artist Mahirə Yaqubovanın rejissorluğu ilə hazırladıqları 20 Yanvar faciəsinə həsr olunan kompozisiyanı təqdim edəcəklər. Həmçinin əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeir və muğamlar səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə