Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Şərqi Ağdəniz Universitetində "Azərbaycan Mədəniyyəti Günü" keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Tədbiri Universitetdə təhsil alan "Azərbaycan Tələbə Toplusu" qrupu təşkil edib.
Nəzərinizə çatdıraq ki, Azərbaycan haqqında film nümayiş edildikdən sonra tələbələrə ölkəmizin mədəniyyəti, tarixi, keçmişi haqqında məlumat verilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan xalq mahnıları səsləndirilib və rəqslər nümayiş edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB