Görkəmli bəstəkar, xalq artisti, professor Musa Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, gecədə geniş intellektə, zəngin dünyagörüşünə malik sənətkarın həyat və yaradıcılığından söz açılacaq. Onun dünya şöhrətli bəstəkarımız Qara Qarayevin yetirməsi kimi zəngin istedad sahibi olduğu, bir sıra simfoniya, kamera-instrumental və kamera-vokal əsərlərin müəllifi kimi tanındığı diqqətə çatdırılacaq.
Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərlərindən nümunələr səsləndiriləcək.
Qeyd edək ki, tədbir yanvarın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB