Məşhur rejissor vəfat etdi

Məşhur italiyalı rejissor və ssenariçi Françesko Rozi vəfat edib. SİA-nın verdiyi məlumata görə, rejissor Romada 92 yaşında dünyasını dəyişib. Françesko Rozi kino karyerasına 1948-ci ildə "Yer titrəyir" filmində rejissor Lukino Viskontinin köməkçisi qismində başlayıb.

Rozi sonralar kino sənayesinin Mikeləncelo Antonioni, Mario Moniçelli, Tonino Querra, Paskualino De Santis kimi simaları ilə çalışıb. Rozi çoxlu sayda kino mükafatına layiq görülüb.

O, xüsusilə 1962-ci ildə Berlin kinofestivalının Gümüş ayı, 1963-cü ildə Venesiya kinofestivalının Qızıl şir mükafatları, həmçinin 1972-ci ildə Kann festivalının Qran-prisinə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə