Lion İzmaylovun konserti olacaq

Məşhur yumorist Lion İzmaylovun yubiley konserti keçiriləcək. SİA-nın verdiyi məlumata görə, konsert proqramında L.İzmaylovun repertuarından yeni və əvvəllər təqdim olunan sevilən monoloqlar təqdim ediləcək.

Qeyd edək ki, konsert 8 Mart - Beynəlxalq Qadınlar günü və gülüş ustasının 75 illik yubileyi münasibəti ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə