F.M.Dostoyevskinin əsəri əsasında eyni adlı "Karamazov qardaşları" tamaşasının premyerası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi İranə Tağızadədir. Baş rollarda - Mabut Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər - Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, Zinaida Sidiyeva, aktyorlar -İlqar Həsənov, Oleq Əmirbəyov, Teymur Rəhimov və başqaları. Baletmeystr - Azərbaycanın əməkdar artisti - Aleksandar Nikuşina, kostyum üzrə rəssam - Tatyana Melnikova, musiqi - Vladimir Neverov.
Qeyd edək ki, faciə janrında olan tamaşa 10 yanvar, saat 19:00-da Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq. Biletlərin qiyməti 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB