Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Binə qəsəbə Mədəniyyət Mərkəzində İdarənin tabeçiliyində olan kitabxanalar və mədəniyyət evləri üçün 2014-cü ilin hesabat iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda kitabxana direktorları, mədəniyyət evlərinin direktor və bədii rəhbərləri iştirak ediblər.
Hesabat iclasını İdarənin rəisi Əlikram Əliyev açıq elan edərək, 2014-cü ildə mədəniyyət müəssisələrinin həyata keçirdiyi fəaliyyət, mədəniyyət evləri və kitabxanalar tərəfindən təşkil edilmiş genişmiqyaslı tədbirlər, gerçəkləşdirilmiş layihələr haqqında hesabat xarakterli məruzə ilə çıxış edib, həmçinin 2015-ci ilin tədbirlər planı, qarşıda duran məsələlər və görüləcək işlər barədə danışıb. Məruzədə qeyd olunub ki, geridə buraxdığımız 2014-cü il ümumilikdə çox saylı tədbirlərlə yadda qalıb və mədəniyyət müəssisələri 2014-cü ildə qarşıya qoyulan vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi üçün səylə çalışmış, bir çox uğurlara nail olublar. Buna nümunə olaraq bir sıra mədəniyyət müəssisələrinin, həmçinin onların işçilərinin fəxri fərman, diplom və hədiyyələrlə təltif olunmasını göstərmək olar.
2015-ci ildə görüləcək işlərin müzakirəsi zamanı 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi,tabelikdə olan bütün mədəniyyət müəssisələrində tədbirlərin keçirilməsi, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Azərbaycan mədəniyyətinin geniş şəkildə təbliğ olunması, həmçinin bununla əlaqədar mart ayında "Bizim Olimpiada" mövzusu üzrə rəsm və əl işlərindən ibarət Festivalın təşkil olunması, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2014-2016) və ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında Aərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrası ilə görülmüş işlər barədə məlumatın təqdim olunması, narkomanlığa qarşı mübarizəyə dair işlərin görülməsi, əhalinin və xüsusilə də gənclərin bu istiqamətdə maarifləndirilməsi yönündə müvafiq tədbirlərin həyata keçirilməsi,kitabxanaların və mədəniyyət evlərinin Direktorlar Şuralarının fəaliyyəti haqqında, texniki təhlükəsizlik qaydalarına riayət olunması, müəssisələrdə büdcədənkənar vəsaitin formalaşdırılması,cari məsələlər və s. barədə geniş fikir mübadiləsi aparıldı.
Bu məsələlər haqqında fikir mübadiləsi aparıldıqdan sonra M.Ə.Sabir adına kütləvi kitabxana, Q.Abbasov adına Mədəniyyət Sarayı, Zığ qəsəbə Mədəniyyət evi və digər mədəniyyət müəssisələri direktorlarını maraqlandıran suallar cavablandırıldı, həmçinin onlar tərəfindən irəli sürülən təkliflər dinlənilərək, müzakirələr aparılıb.
Hesabat iclasının sonunda İdarə rəisi bütün mədəniyyət müəssisələrinə 2015-ci ildəki fəaliyyətlərində uğurlar,yeni-yeni nailiyyətlər arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB