“Muzeydə gecə: qəbirlərin sirri”

“Muzeydə gecə: qəbirlərin sirri”

Nizami Kino Mərkəzində yanvarın 08-dən etibarən ABŞ və Böyük Britaniyanın istehsalı olan "Muzeydə gecə: qəbirlərin sirri" adlı filmin nümayişinə başlanıb. SİA-nın verdiyi məlumata görə, filmi rejissor Şon Levi David Qiyonun ssenarisi əsasında ailəvi komediya, fentezi və macera janrında çəkib. Yaş məhdudiyyəti: 06+ Filmin büdcəsi: $ 127 000 000.

Nyu –Yorkda yerləşən Amerika Təbii Tarix Muzeyinin gecə bələdçisi Larri Deyli təşviş içindədir: onun dostları olan eksponatlar özlərini qəribə aparmağa başlayırlar və bunun səbəbi onları dirildən Qədim Misir qızıl sikkəsinin parçalanmasıdır. Bu möcüzəli artefaktın sirrini bilən yeganə eksponat - firon Axkmenranın atasıdır və onun mumiyası uzaqda –Böyük Britaniyanın Təbiətşünaslıq Muzeyində saxlanılır. Sevilən qəhrəmanlar komandası Londona görünməmiş səfər edirlər. Onlar britaniyadakı eksponatlarla birləşib qızıl sikkəni bərpa etməlidirlər.

Filmdəki rollara Ben Stiller, Robin Uilyams, Ouen Uilson, Stiv Kuqan, Riki Cerveys, Den Stivens, Rebel Uilson, Skayler Cizondo, Rami Malek, Patrik Qallaxer və başqa aktyorlar çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə