Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, yazıçı Mənzər Niyarlının "Seçilmiş əsərlər" kitabı "MBM" nəşriyyatında çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, kitabda müəllif insan mənəviyyatının təzadlı boyalarından, yaşayışımızın sevincli və iztirablı anlarından söhbət açıb. Kitaba müəllifin 4 povesti, 15 hekayəsi, Mirzə Cəlilin xatirəsinə həsr etdiyi "Tar" pyesi və 2 satirik səhnə əsəri daxil edilib.
Müəllifin "Həmin axşam", "Yarımçıq məzuniyyət", "Qara ördək", "Oğuz gözəlləməsi", "Qızıl qaval", "Ekizlər və onların fındıqburun bağları" kitablarından sonra işıq üzü görən növbəti kitabının redaktoru Şəhla Hüseynli, "Ön söz"ün müəllifi sənətşünas Sara Öğuz, "Son söz"ün müəllifi isə filologiya elmləri doktoru Nafiz Ələkbərlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB