Azərbaycan Dövlət Filarmoniyasının yanvar REPERTUARI

Azərbaycan Dövlət Filarmoniyasının yanvar REPERTUARI

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yanvar repertuarı maraqlı konsert proqramları ilə zəngindir. SİA-nın verdiyi məlumata görə, yanvarın 8-də və 16-da Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək, 17-də isə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

Muğamsevərlər yanvarın 23-də filarmoniyanın səhnəsində "Muğam gecəsi"nin qonağı olacaqlar.

Yanvarın 27-də Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında xalq və bəstəkar mahnıları dinləniləcək, yanvarın 28-də filarmoniyanın səhnəsində Qazaxıstan Respublikasının Aktau şəhərinin Mangistau vilayəti Filarmoniyasının Orkestri geniş konsert proqramı ilə çıxış edəcək, 29-da isə görkəmli bəstəkar Musa Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək.

Filarmoniyanın kamera və orqan musiqi zalında şəhərimizin sakinləri və paytaxtımızın qonaqları yanvarın 22-də Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin, 26-da isə Azərbaycan Dövlət simli kvartetinin çıxışını dinləyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə