“Bəyaz izlər” adlı qış sərgisi açılacaq

“Bəyaz izlər” adlı qış sərgisi açılacaq

Gənclər İctimai İncəsənət Birliyinin təşkilatçılığı ilə "Bəyaz izlər" adlı qış sərgisi açılacaq. SİA-nın verdiyi məlumata görə, məqsəd istedadlı və yaradıcı gənclərə dəstək olmaq, onları həvəsləndirmək və bacarıqlarını geniş kütləyə tanıtmaqdır. Sərgidə 30-dan çox rəssamın rəsm əsərləri və əl işləri nümayiş olunacaq.

Gənclər və İdman Nazirliyinin, gənclər evlərinin, universitetlərin, ictimai təşkilatların nümayəndələrinin sərgidə iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, sərgi yanvarın 8-də Bakıda "White House" qalereyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə