Vinnitsa şəhərində möhtəşəm Həmrəylik konserti keçirilib FOTOLAR
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinniça vilayət təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Vinnitsa şəhərindəki Fəridə Plaza istirahət və əyləncə mərkəzində Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib. Vinnitsaa vilayət dövlət admnistrasiyası rəsmilərinin, Azərbaycanın Ukraynadakı səfirliyinin və diaspora nümayəndələrinin qatıldığı bayram şənliyində Ukrayna Azrbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva çıxış edərək 23 il bundan öncə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danişıb. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa Vilayət təşkilatına yeni sədr seçilən Adil Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayan İlhamə Allahverdiyeva həmrəylik bayramına qatılanları yeni il münasibəti ilə təbrik edib.
Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sübhan Hüseynov çıxış edərək, Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, o cümlədən Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklərdən danışıb.Ukraynada Azərbaycanın milli mənəvi dəyərlərini layiqincə təmsil edən UAGB-yə gələcək işlərində uğurlar arzulayıb.
Qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə xalqımıza xoş və səmimi arzularını çatdıran Vinnitsa Milli Texniki Universitetinin elmi işlər üzrə prorektoru Lyudmila Tkaçuk və Vinnitsa Milli Tibb Universitetinin prorektoru Sergey Zaiko 3 il bundan öncə Vinnitça vilayətində yaranmış Ukrayna Azərbaycanlı Gənclər Birliyinin regional təşkilatının, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixinin və adət ənənələrini özündə əks etdirən çoxsaylı tədbirlər həyata keçirmələrindən məmnunluqla söz açıblar. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən UAGB-nin Vinnitsa vilayət təşkilatının sədri Adil Məmmədov belə bir nüfuzlu qurumun regional təşkilatına rəhbərlik etməsindən qürur duyduğunu və yaşadığı vilayətdə xalqımızın milli mənəvi dəyərlərinin, o cümlədən, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılmasında əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. Dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğısından söz açan Adil Məmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək dünyanın aparıcı dövlətləri arasında öz layiqli yerini tutmasının fərəhləndirici hal olduğunu vurğulayıb. Sonra Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərliyi ilə dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş geniş konsert proqramı nümayiş etdirilib. Bayram konsertində UAGB –nin Vinnitsa Vilayət Təşkilatının nəzdində fəaliyyət göstərən KVN komandasının, o cümlədən, gənclərin ifa etdiyi şən və həzin mahnılar tədbirə qatılanlara xoş və yadda qalan anlar yaşatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB