''Həqiqətin carçısı'' adlı şeir müsabiqəsi keçirilib

''Həqiqətin carçısı'' adlı şeir müsabiqəsi keçirilib

N.Hikmət adına uşaq kitabxanasında Nəbi Xəzrinin 90 illiyinə həsr olunmuş ''Həqiqətin carçısı'' adlı şeir müsabiqəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müsabiqəni kitabxananın direktoru Ç.Əliyeva açıq elan edərək, tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edib və məktəblilərə müvəffəqiyyətlər arzulayıb.

Oxu zalının müdiri G. Sadıxova Nəbi Xəzrinin həyat və yaradıcılığı haqqında məlumat verib. Müsabiqədə şairin şeirləri dinlənildi və münsiflər tərəfindən qiymətləndirilib.

163 saylı məktəbin XI sinif şagirdi Bəkirli Cəmil '' Dəniz, göy'' adlı şeirini söyləyərək I yerə , 49 saylı orta məktəbin III sinif şagirdi Məmmədli Sübhan '' Dözəcəyəm'' adlı şeiri söyləməklə II yerə, 203 saylı orta məktəbin III sinif şagirdi Məmmədli Nərminə ''Kimi nə gözləyir?'' adlı şeiri söyləməklə III yerə layiq görülüb.

Qeyd edək ki, sonda qaliblərə və fərqlənən iştirakçılara diplom və hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə