Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir. SİA-nın verdiyi məlumata görə, yanvarın 7-də Astor Pyatsollanın "Məhəbbət tanqosu", 11-də Vasif Adıgözəlovun "Natəvan" operaları oynanılacaq.
Yanvarın 14-də teatrın səhnəsində muğam axşamı olacaq.
Tamaşaçılar yanvarın 17-də Firəngiz Əlizadənin "İntizar", 18-də Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", yanvarın 24-də Cüzeppe Verdinin "Trubadur" operalarına baxa bilərlər.
Yanvarın 31-də bəstəkar Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə "Eşq və ölüm" baletinin premyerası olacaq.
Qeyd edək ki, repertuarında uşaqları da yaddan çıxarmayan teatrın kollektivi yanvarın 10-da Pyotr Çaykovskinin "Şelkunçik" baletini nümayiş etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB