Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə mədəniyyət və turizm sahəsində çalışan insanları təbrik edib. SİA-nın verdiyi məlumata görə, təbrikdə milli-mənəvi birliyimizin təcəssümünə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə hər bir əməkdaşa can sağlığı ölkəmizin daha da qüdrətlənməsi və inkişafı naminə fəaliyyətlərində uğurlar arzulanır. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-mədəni siması yaxın onilliklə müqayisə olunmaz dərəcədə dəyişib, yeniləşmiş Azərbaycanımız bütün dünyada demokratik, hüquqi dövlətçilik prinsiplərinə, vətəndaş cəmiyyətinin hərtərəfli inkişafına sadiq çiçəklənən bir ölkə mövqeyi qazanıb. Sevinirəm ki, bu uğurlara mədəniyyət və turizm sahəsində vicdanla çalışan cəfakeş işçilərimiz də öz töhfəsini verə bilib və öz əzmkar fəaliyyətlərini davam etdirməkdədirlər."
Qeyd edək ki, təbrik məktubunun sonunda mədəniyyət və turizm ictimaiyyətinə bir daha qarşıdan gələn yeni - 2015-ci ildə möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi, yeni-yeni nailiyyətlər arzulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB