Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramında hər kəsi sevindirməyə çalışan Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi onların sırasını bu il tərk etmiş aktrisa Xanım Qafarovanın ailəsini də unutmayıb. SİA-nın verdiyi məlumata görə, uzun illər bu teatrda çalışmış X. Qafarovanın ailəsini, xüsusilə də 6 yaşlı qızı Gövhər Qafarovanı bütün əlamətdar günlərdə yad edən sənətçilər bu gün mərhum aktrisanın ailəsinə baş çəkib. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin təşəbbüsü ilə Xanım Qafarovanın ailəsinə bayram sovqatı və hədiyyələrlə yanaşı, maddi yardım da göstərilib. Mərhum aktrisanın anası Gövhər Qafarova hər zaman ailələrinə göstərdiyi diqqət və qayğıya görə Əliqismət Lalayev başda olmaqla Musiqili Teatrın bütün kollektivinə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB