Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti fakültəsinin "Xoreoqrafiya sənəti və səhnə plastikası" kafedrasının tələbələri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə konsert verib. SİA-nın verdiyi məlumata görə, "Xoreoqrafiya sənəti və səhnə plastikası" kafedrasının nəzdində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət rəqs ansamblının və "Səda" uşaq studiyasının ifasında təqdim olunan milli və dünya xalqlarının rəqs nümunələri tamaşaçılara xoş anlar bəxş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB