“Qış nağılı”

R.Axundov adına Mədəniyyət evində Sidqi Ruhulla adına xalq teatrı və rəsm dərnəyinin üzvlərinin birgə iştirakı ilə "Qış nağılı" adlı tamaşa nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, tamaşada nağıl qəhrəmanları Pəri, Mələk, Ayı, Tülkü, Dovşan, Maşa, Qoğal və Küpəgirən qarı obrazları maraqla qarşılanıb. Obrazlar gənc tələbələr, teatr üzvləri tərəfindən canlandırılıb.

Tamaşadan sonra Şaxta baba və Qar qızının gəlişi tədbirə sevinc qatıb.

Tədbirin keçirilməsində məqsəd Mədəniyyət evində fəaliyyət göstərən dərnəklərin qarşılıqlı fəaliyyətini nümayiş etdirmək, Buzovna qəsəbəsinin sakinləri üçün maraqlı "Yeni il şənliyi" təqdim etmək idi.

Bütün xəbərlər Facebook səhifəmizdə