“Üç keçinin nağılı”

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Nizami adına Mədəniyyət Mərkəzində "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü" və "Yeni il" münasibətilə "Üç keçinin nağılı" adlı musiqili tamaşa təqdim edilib. SİA-nın verdiyi məlumata görə, tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlar öz nağıl qəhrəmanlarına olan sevgilərini isə alqışlarla göstəriblər.

Tamaşadan sonra mərkəzin foyesində Şaxta baba, Qar qız, şən klounların iştirakı ilə bayram şənliyi davam edib.

Bu tamaşanı keçirməkdə əsas məqsəd dünyanın sevinci olan şirin-şəkər balalarımıza bayram günü sevinc dolu anlar bəxş etmək idi.

Qeyd edək ki, şənliklər 2 yanvar 2015-ci il tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə