Aktrisanın ayağı sındığı üçün Qala-gecəsi baş tutmayacaq AÇIQLAMA

Aktrisanın ayağı sındığı üçün Qala-gecəsi baş tutmayacaq AÇIQLAMA

Bu gün Nizami Kino Mərkəzində "Seni seviyorum adamım" filmi nümayiş olunacaq. Bu haqda SİA-ya Mərkəzin mətbuat katibi Arzu Əhədova söyləyib. Bildirib ki, sözügedən filmin bu gün qala-gecəsi baş tutmayacaq: "Bildiyiniz kimi, bu gün Nizami Kino Mərkəzində "Seni seviyorum adamım" filminin baş qəhrəmanlarının iştirakı ilə qala gecəsi keçirilməli idi. Ancaq aktrisa Gizem Karacanın ayağı sındığı üçün Bakıya gələ bilmədi. Biz nümayişi keçən həftə etməliydik. Təəssüf ki, alınmadı. Bu gün aktyorların iştirakı ilə qala gecəsi baş tutmasa da, film təqdim olunacaq. Lakin yanvar ayının ilk on günlüyündə çalışacağıq ki, baş qəhrəmanlar Gizem Karaca və Barış Kılıç sözügedən film üçün Azərbaycana gəlsin".

Qeyd edək ki, "Seni seviyorum adamım" filmi bu gün saat 19:00-da Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə