M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi qəsəbədəki uşaq bağçasında Yeni il şənliyi ilə əlaqədar olaraq "Qış nağılı adlı" tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, şənlikdə mədəniyyət evinin "Leyla" rəqs qrupunun iştirakı, Şaxta baba və Qar qızının gəlişi, Klounun və Küpəgirən qarının məzəli çıxışları uşaqların sevincinə səbəb olub.
Daha sonra uşaqlar rəqs edib, şeirlər söyləyiblər.
Qeyd edək ki, tədbirin sonunda Şaxta baba uşaqlara hədiyyələr verərək, onları sevindirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB