Kürdəxanı qəsəbə Mədəniyyət evində Yeni il şənliyi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir uşaqların və valideynlərin böyük sevincinə səbəb olub.
Şənlikdə Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri, Kürdəxanı bələdiyyə nümayəndəliyi, Kürdəxanı 113 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, qəsəbə sakinləri iştirak ediblər.
Uşaqların sevimlisi Saxta baba, Qar qız, buratino, klounlar və rəqqasların şənliyə gəlişi tədbiri daha da maraqlı edib.
Kürdəxanı sakinləri və şənlikdə iştirak etmiş digər nümayəndələr sonda Kürdəxanı qəsəbə Mədəniyyət evinin işçilərinə belə bir gözəl şənliyi keçirdiklərinə görə öz təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB