Ölkəmizə gələn xarici turistlərin sayının artırılması, gəlmə turizminin daha da inkişaf etdirilməsi və bu sahədə olan problemlərin həll olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasına viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizası verilməsi məsələsinin həll olunması istiqamətində Nazirliyin gördüyü işlərin nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 2013-cü ilin mart ayından xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq olunur.
Bu sistemin Azərbaycanda tətbiq olunmasını Birləmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT) tərəfindən də yüksək qiymətləndirilmiş və bununla bağlı Təşkilatın Baş katibi Taleb Rifai bildirib ki, Azərbaycanın bu qərarı ölkədə turizmin inkişafına təkan verəcək və yeni sistemin tətbiqi Azərbaycana beynəlxalq turist axınını artırmaqla, bütövlükdə ölkənin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaq.
Ölkəmizdə elektron turist vizasının tətbiqi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə lisenziya almış turizm şirkətlərinin gəlmə turizm növünə marağını artırıb. Hazırda elektron turist vizasının verilməsi ilə bağlı Nazirlik tərəfindən 55 turizm şirkəti akkreditasiyadan keçib.
2013-cü il ərzində turizm şirkətləri tərəfindən elektron turist vizası vasitəsilə ölkəmizə gələn xarici turistlərin sayı 6.147 nəfər təşkil etmişdir. 2014-cü ilin I yarımillik məlumatlarına əsasən bu rəqəm 11.933 nəfər olub.
Bu sistemin yeni olduğunu nəzərə alaraq, ildən-ilə bu sistem vasitəsi ilə elektron turist vizası alan xarici turistlərin sayının artacağı və gəlmə turizminin inkişaf edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB