Bu gün SSRİ və Azərbaycanın xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür. SİA-nın məlumatına görə, Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ildə Bakı şəhərində anadan olub. Bakı Məktəbəqədər Tərbiyə Məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfini bitirib.
Müğənni 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin artisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olub. O, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Ümumittifaq "Qızıl val" mükafatı laureatı, Əlcəzair və Özbəkistanın fəxri vətəndaşıdır. 1967-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına layiq görülüb.
Müstəqil Azərbaycanın "İstiqlal" və "Şöhrət" ordenləri ilə təltif edilən Z.Xanlarova XI və XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, I, II və III çağırış Azərbaycan Milli Məclisinin deputatı olub. 2010-cu ildə yenidən 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsindən deputat seçilib. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB