“Səksəninci səhifə” filminin təqdimatı olub

“Səksəninci səhifə” filminin təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik fəaliyyətinə həsr olunan "Səksəninci səhifə" filminin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza açıb.

Xəyal Rza bildirib ki, film "Azad Azərbaycan" telekanalında hazırlanıb. Diqqətə çatdırıb ki, rus dilində olan ru.ayb.az saytı da istifadəyə verilib. Həm filmin təqdimatı, həm də saytın istifadəyə verilməsi Yazıçılar Birliyinin həyata keçirmək istədiyi növbəti layihələrdir.

Qeyd edək ki, filmin ssenari müəllifləri Xəyal Rza, Günay Novruz, rejissoru Emin Məmmədov, məsləhətçiləri Məqsəd Nur və Səlim Babullaoğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə