Türkan qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə şairlər, media nümayəndələri iştirak edirdilər.
Şənlik zamanı Şaxta baba, Qar qız, kloun, Küpəgirən qarı, Maşa və Ayı uşaqlar tərəfindən böyük sevinclə qarşılanıblar.
Daha sonra uşaqlar rəqs etdilər, şeirlər söyləyib, mahnılar ifa ediblər.
Qeyd edək ki, tədbirin sonunda Şaxta baba uşaqlara hədiyyələr verərək, onları sevindirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB