Bakıda Türkiyənin məşhur "Hadije" markasının hazırladığı dəfilə baş tutub. SİA-nın verdiyi məlumata görə, gecədə Türkiyənin sayılıb-seçilən modelyerləri Özləm Suer, Özgür Masur, Dilək Hanif, Zeynəb Ərdoğan, Raisa & Vanessa, Qəmzə Saraçoğlu, Zeynəb Tosun, Sərli Keçeoğlu, tanınmış simalar, millət vəkilləri, müğənnilər iştirak ediblər.
Dəfiləni Nərgiz Cəlilova aparıb. Kolleksiyalarındakı ən yeni geyimlə azərbaycanlı dəbsevərlərə nümayiş etdirilib.
Mərasimdə 75-ə qədər libas sərgilənib. Geyimləri Türkiyədən gələn modellərlə yanaşı azərbaycanlı model Günay Musayeva da nümayiş etdirib.
Alqışlarla qarşılanan nümayişdən sonra modelyerlər də podiuma dəvət olunub.
Gecənin sonunda "Hadije" markasının təsisçisi Haticə Aydəniz qonaqlara təşəkkür edərək layihənin ilkin olaraq Bakıda başladığını söyləyib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB